» » “Görüşlərimiz həmişə yaxşı nəticələrə aparıb çıxarır” - Prezident

“Görüşlərimiz həmişə yaxşı nəticələrə aparıb çıxarır” - Prezident

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
“Görüşlərimiz həmişə yaxşı nəticələrə aparıb çıxarır” - Prezident
Bu gün Tehranda Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Vladimir Putinin görüşü olub.

“Xalqinfo”nun xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

***

“Biz münasibətlərin inkişafına yeni impuls veririk”.

Bunu Tehranda Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşündə deyib.

Prezident İlham Əliyev deyib:

“Biz bu il artıq dəfələrlə görüşmüşük və bizim görüşlərimiz həmişə yaxşı nəticələrə aparıb çıxarır. Çünki biz münasibətlərin inkişafına yeni impuls veririk. Çox şadıq ki, iqtisadi sahədə də əmtəə dövriyyəsi müəyyən mürəkkəb proseslərdən sonra artır. Bu, biznes qurumları arasında böyük qarşılıqlı marağın olduğunu göstərir, əmtəə dövriyyəsinin artımı da bizim iqtisadiyyatımızın bərpasının, qarşılıqlı marağın göstəricisidir.

Bizim Rusiya ilə münasibətlərimiz strateji xarakter daşıyır və biz həmin münasibətləri elə bu cür səciyyələndiririk. Bütün istiqamətlərdə - humanitar, iqtisadi, energetika, nəqliyyat, hərbi-texniki sahələrdə əməkdaşlıq edirik. Buna görə də bu, dostlar, qonşular, yaxın tərəfdaşlar arasında tammiqyaslı münasibətlərdir.

Həmçinin çox şadam ki, bugünkü görüş üçtərəfli Sammit müstəvisində keçir. Mən deyərdim ki, bu da qlobal miqyaslı çox mühüm hadisədir. Çünki bu əməkdaşlıq dərin tarixi köklərə və bizim ölkələrimizin beynəlxalq arenada göstərdikləri qarşılıqlı maraqlara, qarşılıqlı dəstəyə əsaslanır. Belə ki, yeni görüşümüzə və əminəm ki, əlaqələrimizin möhkəmlənməsinə yeni təkan verəcək mühüm məsələləri müzakirə edəcəyimizə çox şadam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler