» » ABŞ-dan Dağlıq Qarabağ çağırışı

ABŞ-dan Dağlıq Qarabağ çağırışı

Bölmə: Siyasət
ABŞ-dan Dağlıq Qarabağ çağırışıABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərini nizamlama üzrə konstruktiv addımlar atmağa çağırır. Bunu jurnalistlərə ABŞ Dövlət Departamentinin nümayəndəsi Cen Psaki bildirib.

trend xəbər verir ki, bu barədə Dövlət Departamentinin saytı məlumat yayıb.

Psaki deyib: "Tərəflər bu il prezidentlərin üç görüşü zamanı əldə olunan impulsa söykənə bilərlər".

Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri etimad tədbirləri görməlidirlər və dialoqun köməyi ilə çox şeyə nail olmağın mümkünlüyünə əminlik hiss etməlidirlər.

Psaki qeyd edib ki, ABŞ dövlət katibi Con Kerrinin Uelsdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla keçirdiyi görüş də münaqişənin sülh yolu ilə və davamlı nizamlanmasında irəliləyiş işində danışıqlar prosesinə yardım edə bilər.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler