» » "Barışmazlıq mühitinin dərinləşməsi Müsavatı parçalayacaq"

"Barışmazlıq mühitinin dərinləşməsi Müsavatı parçalayacaq"

Bölmə: Siyasət
"Barışmazlıq mühitinin dərinləşməsi Müsavatı parçalayacaq"“Ümumiyyətlə, Azərbaycan müxalifətində siyasi mədəniyyət hələ kifayət qədər oturuşmayıb”. Bunu sia-ya Ədalət Partiyasının aparat rəhbəri Mütəllim Rəhimli Qubad İbadoğlu və Vurğun Əyyubun Müsavat Məclisini boykot etməsi məsələsinə münasibət bildirərkən deyib.

Partiya funksionerinin sözlərinə görə, Azərbaycan müxalifətində siyasi mədəniyyətin kifayət qədər oturuşmamasından yaranan bir çox fəsadlar problemlərin yaranmasına gətirib çıxarır: “Biz bəzi demokratik ölkələrə baxarkən görürük ki, siyasi partiyalarla mübarizə fraksiyalar vasitəsilə aparılır. Əgər bir fraksiya qalib gəlirsə, digəri bu qalibiyyəti etiraf edir. İndi isə Müsavat Partiyasında bir tərəf qurultayın nəticələrini saxtalaşdırmaqda ittiham edilir. Bu isə artıq barışmazlıq mühit yaradır. Həmin barışmazlıq mühiti isə sədrin və onun komandasının legitimliyinin tanınmaması, eləcə də partiya strukturlarında iştirakdan imtina edilməsi kimi hallara gətirib çıxarır. Biz bunun məntiqi nəticəsini görürük”.

M. Rəhimli hesab edir ki, Q. İbadoğlu, V. Əyyub Arif Hacılı və onun komandasını qəbul etmədiyi kimi, Müsavatın keçirdiyi Məclisin iclasında da iştirak etmirlər: “Onlar bundan sonra Müsavat Partiyasının nizamnamə tələblərinə uyğun yaradılan digər strukturları da qəbul etməyəcəklər. Beləcə, hesab edirəm ki, barışmazlıq mühiti daha da genişlənəcək. Təbii ki, barışmazlq mühitinin dərinləşməsi Müsavatın parçalanmasına gətirib çıxaracaq. Düşünürəm ki, bu davamlı olsa, İbadoğlunun, Əyyubun tərəfdarları Müsavatdan getməklə ayrıca bir qurum şəklində siyasi müstəviyə çıxa bilərlər”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler