» » Con Heffern: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər şeyi edir"

Con Heffern: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər şeyi edir"

Bölmə: Siyasət
Con Heffern: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün hər şeyi edir"ABŞ Dağlıq Qarabağ münaqişəsi tərəflərinin dostu və tərəfdaşı kimi problemin sülh yolu ilə nizamlanması üçün hər şeyi edir.

Bunu ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bəyan edib.

trend xəbər verir ki, bu barədə çərşənbə günü “Armenia Today” məlumat yayıb.

Heffern deyib: “İki ölkənin prezidentləri Parisdə görüşüblər və biz özümüzdən asılı olan hər şeyi edirik. Qarşılıqlı anlaşmanı stimullaşdırırıq ki, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli mümkün olsun. Hədəfimiz danışıqlar yolu ilə dinc nizamlamadır”.

Oktyabrın 27-də Parisdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə görüşü olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler