» » Milli Məclis Oqtay Əsədov-

Milli Məclis Oqtay Əsədov- Lukaşenko görüşü haqda məlumat yaydı

Bölmə: Siyasət
Milli Məclis Oqtay Əsədov-
Belarusda rəsmi səfərdə olan Milli Məclisin sədri Oqtay Əsədov rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkənin prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.


Milli Məclisdən Xalqinfo.az-a verilən məlumata görə, A. Lukaşenko deyib ki, Belarus və Azərbaycan parlamentləri ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verə bilərlər.

Belarus prezidenti hər iki ölkənin özünün müəyyən etdiyi yol və siyasi xətt olduğunu bildirib: “Ölkələrimiz arasında çox səmimi və yaxşı münasibətlər var. Sözsüz ki, biz dost kimi bir-birimizə etibar edirik. Belarus və Azərbaycan bir çox sahələrdə sıx əməkdaşlıq edir. Ölkələrimizin müştərək müəssisələrinin istehsal etdiyi məhsullar digər ölkələrin bazarlarına çıxarılır. Biz birlikdə Cənub və Şərqə doğru addımlayırıq. İqtisadi sahədə bu siyasəti dəstəkləməkdə davam edəcəyik. Belarus ilə Azərbaycan arasında hərbi-texniki sahədə əməkdaşlıq genişlənir, bunu heç kimdən gizlətmirik. Azərbaycana bu sahədə dəstək verməkdə israrlıyıq. Belarus Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır və bununla bağlı qətiyyətli mövqeyini davam etdirəcək”.

Belarus Prezidenti MDB Parlament Assambleyası çərçivəsində regional əməkdaşlığın daha da gücləndirilməsini zəruri sayıb. Soçidə MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan prezidenti İlham Əliyevlə görüşdüyünü xatırladan A. Lukaşenko deyib ki, bu görüşdə ikitərəfli münasibətlərə dair geniş müzakirələr aparılıb. Belarus prezidenti ölkələrimiz arasında çoxşaxəli əlaqələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırdığına görə Azərbaycan dövlətinin başçısına minnətdarlığını bildirib.

O. Əsədov Azərbaycanın Belarus ilə bütün istiqamətlərdə fəal əməkdaşlığı davam etdirdiyini söyləyib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Belarusun tutduğu mövqeyə görə təşəkkürünü bildirən O. Əsədov xatırladıb ki, 2016-cı il aprel hadisələrində Belarus prezidenti bəyanat verərək münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyini açıqlayıb.

Oktyabrın 13-də parlament nümayəndə heyətimizin Belarusa rəsmi səfəri başa çatıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler