» » Əfqan Muxtarlının həbs müddəti uzadılıb

Əfqan Muxtarlının həbs müddəti uzadılıb

Bölmə: Siyasət
Əfqan Muxtarlının həbs müddəti uzadılıb
Bu gün Nəsimi rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının həbs müddətinin 29 dekabr 2017-ci ilədək uzadılması ilə bağlı müstəntiqin təqdimatına baxılıb.

“Xalqinfo”nun verdiyi xəbərə görə, məhkəmə vəsatəti qismən təmin edib. Bu barədə onun vəkili Elçin Sadıqov məlumat verib.

O bildirib ki, Ə.Muxtarlının həbs müddəti 20 dekabra kimi uzadılıb. Buna səbəb isə Ə.Muxtarlı barəsindəki cinayət işinin “Meydan TV” ilə bağlı cinayət işinə birləşdirilməsidir. Belə ki, TV ilə bağlı açılan cinayət işinin müddəti 20 dekabr 2017-ci ildə bitir.

Vəkil bildirib ki, bu qərardan apellyasiya şikayəti verəcəklər.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler