» » Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır
Avropada indi bir kabus dolaşır: Avrasiya kabusu...

Qərblilər üçün İŞİD-dən sonra bu mövzu deyəsən, dünyada ən təhlükəli konudur. “Avrasiya” kəlməsini eşidincə Qərb siyasətçilərinin alnını soyuq tər basır adətən.

Yaxşı, nədir belə axı bu Avrasiya İttifaqı? Niyə bu ideyanın daşı bu qədər ağırdır? Niyə, ölkəmizdəki Qərbin “beşinci kolon”u əlindən gələni əsirgəmir ki, bu layihə həyata keçməsin? Gözdən düşsün, olsun bir qəpiklik, qəzet-sayt manşetlərindən aşağı ensin, hə?

Nə isə. Keçək bu geopolitik nəzəriyyənin tarixçəsinə. Görək kim, hansı müdrik insan övladı bu nəzəriyyəni ilk dəfə irəli sürüb axı? Bircə xahişim var: gəlin bu vacib mövzunun ipini yalnız elə Moskvaya, Kremlə bağlamayaq. Bu ideya ilk dəfə heç Moskvada da yox...yoxxxx, Britaniyada səsləndirilib ilk dəfə. Məşhur “Chatham House”da- Kral Beynəlxalq Münasibətlər İnstitutunda. 1994-cü ilin fevralında. Kim səsləndirib bu layihəni? Ağsaqqal Nursultan Nazarbayev.

Sonra o, təcili uçub Moskvaya. Layihəsinin “göbəyini” məhz burda “özü kəsib”.

DOĞUM GÜNÜ: 29 mart 1994. M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin iclas zalı.

MÜƏLLİFİ: Qazaxıstan prezidenti Nursultan Nazarbayev.

MDB adı çəkilincə Qazaxıstan lideri həmişə...daim öz sifətini turşudub. Mütəxəssislər bunu hələ çox-çox əvvəllər seziblər. Məqalələrində qeyd ediblər: “Qazaxıstan ağsaqqalının MDB-yə zərrə qədər etibarı yoxdur. Nur əkə bu “dayandoldurum” silahına qarşı öz nüvə başlıqlı cavabını hazırlayıb. Cavab layihəsini tezliklə Moskvada, Lomonosov adına Dövlət Universitetinin hündür kafedrasından elan edəcək o”.

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

MÖVZUNUN MÜQƏDDİMƏSİ:

MDB elə bünövrəsindən o qədər də uğurlu bir “ipoteka” layihəsi deyildi. Hiss edilirdi ki, bu ipoteka tikintisində çox pullar xərclənəcək. Yarıuçuq binaları önündə çox lüzumsuz nitqlər söylənəcək. Ancaq, axır bəlli olacaq ki, heç nə... Bu ipotekada tikintisində nə türkmən koma sahibi olacaq, nə də ki, ruslar. Nə ermənilər, nə də ki, ev sahibi belaruslar.

İrəlidəki qara boşluğu, qara dəliyi bəribaşdan görən Nazarbayev buna cavab olaraq 1994-cü ildə əvvəlcə Avrasiya İttifaqı modelini irəli sürür. Susuz quyuya atılmış daş effektinə dönür bu. Siyasətçilər bu dərin quyudan bir ovuc su içmək istəmirlər əvvəlcə. Vəziyyəti “rusca” görən Nazarbayev qərara gəlir öz layihəsinin çərçivəsini xeyli dəyişsin.

ŞANXAY SAZİŞİ:

Dünya siyasətində bütün gur sular bir istiqamətə-Qərbə axır. Dünyada indi beynəlxalq məzmunlu, Şərq ünvanlı bir hərəkət yaratmaq, razılaşın, hər kişinin işi deyil. Ancaq Nazarbayev 26 aprel 1996-cı il tarixində bu qalın buz qatını tən ortadan qırır axır ki... Həmin tarixi gündə beş qonşu ölkə prezidenti Şanxayda dəyirmi masa arxasına keçərək öz aralarında müvafiq bəzi anlaşmalara imza atırlar. Qazaxıstan, Rusiya, Tacikistan, Çin, Qırğızıstan prezidentlərinin imzaladığı saziş sonra dönür Şanxay Əməkdaşlıq Təşkilatına (qısaca ŞƏT). Sonradan bu beynəlxalq təşkilat, öz tərkibinə bir çox aparıcı Şərq ölkələrini qatır. Əhatə dairəsini genişləndirir bir xeyli. Öz müzakirələrinə təzə mövzular, misal üçün təhlükəsizlik mövzuları da əlavə etməyi unutmur. 2003-cü ildən üzü bəri Şanxay Əməkdaşlıq Təşkilatı üzvləri birgə hərbi təlimlərə başlayırlar. 2002-ci ildən ŞƏT-in ilk daimi institutları təsis olunur. Rəsmi Katibliyi Çində, Pekində qərar tutur, antiterror qanadı isə Sankt-Peterburqda. Təşkilatın ən uğurlu antiterror əməliyyatı 2010-cu ildə məşhur “Manas” bazasında təlim keçən terrorçulara qarşı həyata keçirilib.

MANAS BAZASI:

Pentaqon Hərbi Kəşfiyyatı, o vaxtlar bu bazaya anasının əmcəyini kəsmiş yüzlərlə uyğur, bəluc, əfqan, çeçen, Dağıstan terrorçusunu yığıb onlara silahla davranma, partlayış törətmə, bir sözlə, qanlı olayları gerçəkləşdirmək taktikasının sirlərini öyrədirdi. Biləndə ki, Pentaqon “Manas”da öz gizli bazasını açıb Rusiyanın tabutuna son mismarını vurmaq istəyir, rus hərbi kəşfiyyatı QRU, “MOLE” kod isimli agentin rəhbərliyi altında çox ciddi hiyləyə əl atır. Bazanı başdan-ayağa dinləmə böcəkləri ilə bəzəyir. Uçan pilotsuz təyyarələr və sair və ilaxır məxfi texniki cihazlar vasitəsilə bazanı tam nəzarətə götürüb başlayır təlim keçən terrorçuların tam dosyelərini toplamağa. Dosyelər günü-gündən şişir. Bəlli olur Kİ, baza Antiterror mərkəzi yox...yooooooxxx...əsl “Terror mərkəzi” imiş. Tezliklə bəlli olur ki, anasının əmcəyini kəsən terrorçuları “Manas”a xüsusi trafik xətti - “Dubay-Bişkek” təyyarə reysi daşıyır. Dağıstan, çeçen yaraqlıları əvvəlcə gəlirdilər Dubay hava limanına. Burda gizli QRU videokameralarına düşüb, ya Allah, qanadlanıb gedib çıxırdılar birbaşa adı bədnam “Manas” hava bazasına.

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

Rus əks-kəşfiyyatçıları, beynəlxalq terrorçuların uzun siyahısını məhz bu cür əldə edib sonra girişirlər “Manas”dakı təhsil proqramlarına. Partlayış, təxribat əməliyyatlarının bütün incəliklərini, ssenarilərini, texniki sənədlərini oğurlayıb gətirirlər Moskvaya. Bax bu zaman, gözləri qarşısında həqiqətin əsl siması, əsl qanlı, sirli mənzərəsi açılır. 2005-ci ildə məsələ gizli şəkildə Şanxay Əməkdaşlıq Şurası (ŞOS-da) üzvləri - Rusiya, İran, Çin, Qazaxıstan xüsusi xidmət qurumları arasında müzakirəyə çıxarılır. Sammit iştirakçıları o vaxt - yəni 2005-ci ildə, rəsmi bir sənəd qəbul edib Pentaqon şahinlərini bu bazanı bağlamağa səsləyirlər. Sənəd təbii, Pentaqon tərəfindən qulaqardına vurulur. 2010-cu ilin 23 fevral tarixində-sovet ordusunun yaranma günü, ŞƏT bu Manas bazasına qarşı öz ilk antiterror əməliyyatına start verir. Həmin gün Dubaydan Bişkekə uçan “Boing 703” təyyarəsi məcburi yerə endirilir. Sərnişinləri yoxlanılır. Sıralarındakı beynəlxalq terrorçu Əbdülmalik Riqi həbsə alınır.

DUQİNİN MÖVZUYA MÜDAXİLƏSİ:

Nazarbayevin 1994-cü ildə elan etdiyi Avrasiya İttifaqı layihəsi düz 10 il sonra, 2004-cü ildə ruslara maraqlı görünür. Rəsmi Kreml qərara gəlir bu layihəni dişinə vursun. Şanxay sazişi ilə bu layihəni bir nöqtədə birləşdirsin. Mövzunun həlli tapşırılır Kremlin nömrə 1 geopolitiki Aleksandr Duqinə. O gəlir Qazaxıstana. Nazarbayevlə söhbətləri əsasında tezliklə “Nazarbayevin Avrasiya arzusu” kitabını nəşr edir. Nəticədə Avrasiya layihəsi alimlər arasında tirajlanır bir xeyli. Verilir, necə deyərlər ictimaiyyətin geniş müzakirəsinə.

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

KİTABDAN PARÇALAR: Avrasiya ideologiyasının ilk müəllifləri hələ 20-cı illərdə Qərbdə məskunlaşmış rus mühacirləri knyaz Trubetskoy, Savitskiy, Alekseyev, İlin, Suvçinskiy, Bromberq, Hara-Davandır...Rusiya müasir dövrün Qızıl Ordasıdır... Qırmızı Rusiya da həmin taleyi yaşayıb...Dünya cahangirliyinə gedən yolda gərək mütləq türk-tatar ənənəsinə, Çingiz xan yasasına əməl edəsən...SSRİ, əslində Çingiz xan imperiyasının növbəti reinkarnasiyasıdır...Rusiya, Avrasiya taleyinə məhkumdur...Yalnız və yalnız Avrasiya çərçivəsində, standartında müasir Rusiya dirçələ bilər...Təkcə Rusiya yox...Azərbaycan, Ermənistan, Qazaxıstan, Belarusiya, Ukrayna da bu taleyə məhkumdurlar.

***

TÜRK-SLAVYAN BİRLİYİ:

Nazarbayevin səyi nəticəsində MDB modelindən ortada artıq heç nə qalmayıb. O tədricən Avrasiya İttifaqı modeli ilə əvəzlənib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı modeli də yenə həmin bu şineldən çıxıb.

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

Avrasiya İttifaqı layihəsində nələr yoxdur:ümumi investisiya bankı, ali idarəetmə qurumları, vahid xarici işlər nazirliyi, vahid nazirlər kabineti, ümumi parlament, dövlətlərarası icraat-nəzarət komissiyaları, ümumi-birgə müdafiə ərazisi və s. və ilaxır.

Layihənin bir başqa, türk-slavyan ittifaqı məzmunu da mövcuddur. Nursultan Nazarbayevin səyləri nəticəsində bu ittifaq artıq Türkiyəyə o qədər də yad görünmür. Əksinə, Türkiyə rəsmiləri Avropa İttifaqına göz dağı vermək məqsədi ilə daim Avrasiya inteqrasiyasından söhbət açıb Qərbi cin atına mindirirlər. Türk dövlətlərinin dünyada günü-gündən artan nüfuzu, habelə digər şərtlər yaxın gələcəkdə dünyaya mütləq öz qəti hökmünü diktə edəcək. Çində, İranda çox milyonluq türk nüfuzunun varlığı da bu zaman göz ardına vurulmamalıdır.

***

Avrasiya kabusu-Putinin deyil, nur əkənin ideyasıdır

Avrasiya İttifaqının əsas ali qurumu Dövlətlərarası Şuradır. İnteqrasiya şurasındakı səsvermə zamanı Rusiyanın 40, Belorusla Qazaxıstanın 15, Qırğızıstan ilə Ermənistanın isə 7, 5 səsi var. Səs sayları, büdcəyə verilən üzvlük haqqı ilə əlaqədardır.

Avrasiya Parlamentlərarası Assambleyasında Rusiyadan 42, Belarus ilə Qazaxıstandan 16, Qırğızıstan ilə Ermənistandan isə cəmi 8 nümayəndəsi var.

***

Nur əkənin, yəni Nursultan Nazarbayevin Avrasiya modeli artıq özünün 24-cü mövsümünü yaşayır. Avrasiya inteqrasiya modeli düzü bu gün Avropa İttifaqından daha cazibəlidir ölkəmiz üçün. Qarabağ düyününü biz Avropa Şurası, Parlamenti çərçivəsində, ATƏT vasitəçiliyi ilə həll etmək istədik. Alınmadı.

Əlac indi yalnız Avrasiya İttifaqına, burdakı sınanılmış dostlarımızadır./muxalifət.com/

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler