» » İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Yenilənib

İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Yenilənib

Bölmə: Siyasət, MANŞET
İlham Əliyevlə Sarkisyan təkbətək görüşdü- Yenilənib
Parisdə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşü başlayıb.


“Xalqinfo”nun APA-ya istinadən məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bu görüşdən əvvəl Fransa prezidenti Fransua Ollandın Yelisey sarayında Azərbaycan və Ermənistan prezidentləri ilə ayrı-ayrılıqda görüşləri olub.

Bu gün Bakı vaxtı ilə saat 22:00-da isə üç ölkənin prezidentlərinin birgə görüşü baş tutacaq.

İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.

***

Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub.

APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz “Twitter” səhifəsində yazıb.

Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüş baş tutub.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler