» » Müsavat başqanı özünə yeni müavinlər təyin etdi

Müsavat başqanı özünə yeni müavinlər təyin etdi

Bölmə: Siyasət
Müsavat başqanı özünə yeni müavinlər təyin etdi
Müsavat Partiyasının Məclisinin növbəti iclası keçirilib.

ans press apa-ya istinadən məlumatına görə, iclasda Məclisin boş qalan yerlərə və Divan üzvlüyünə seçkilər keçirilib. Divan üzvlüyünə 10 nəfər, Məclis üzvlüyünə isə yalnız başqan müavini Gülağa Aslanlı seçilib. Toplantıda eyni zamanda Səxavət Soltanlı, Osman Kazımov, Gülağa Aslanlı, Nüşabə Sadıqlı və Elman Fəttah Müsavat başqanının Arif Hacılının müavinləri təyin edilib.

Müsavat başqanının müavini Gülağa Aslanlı bildirib ki, Məclis üzvlüyünə 32 yer boş qalıb. Boş qalan yerlər Divanın iclasında müzakirə ediləcək.

Qeyd edək ki, bu gün keçirilən toplantıda Məclisə qatılmayanlar barəsində tədbir görülməsi barədə fikirlər səsləndirilib.

Xatırladaq ki, bundan əvvəl Arif Hacılı hazırda həbsdə olan Tofiq Yaqublu, Yadigar Sadıqlı və Fərəc Kərimlini özünə müavin təyib edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler