» » Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb -

Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb - Yenilənib

Bölmə: Siyasət
Elmar Məmmədyarovun həmsədrlərlə görüşü başa çatıb -
Hazırda Nyu-Yorkda Azərbaycan Xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş keçirilir.

“Xalqinfo”nun məlumatına görə, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Tvitter mikrobloqunda yazıb.

XİN rəsmisinin sözlərinə görə, Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk qrupu həmsədrləri ilə baş tutan görüşdə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

***

Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və ATƏT-in Minsk qrupunun həmsədrləri arasında görüş başa çatıb. Bu barədə XİN-in mətbuat katibi Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, görüş təxminən saat yarım davam edib.

Görüşdə Dağlıq Qarabağ münaqişəsi və gündəlikdə duran məsələlər müzakirə edilib.

Qeyd edək ki, sentyabrın 23-də isə həmsədrlərin iştirakı ilə E. Məmmədyarovun Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşü nəzərə tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler