» » Millət vəkili Süleyman Dəmirəli təbrik etdi

Millət vəkili Süleyman Dəmirəli təbrik etdi

Bölmə: Siyasət
Millət vəkili Süleyman Dəmirəli təbrik etdi Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə Türkiyə Cümhuriyyətinin 9-cu prezidenti Süleyman Dəmirələ təbrik və təşəkkür məktubu göndərib. "Qafqazinfo"ya daxil olan məktubu təqdim edirik:

“ Sizi “Süleyman Demirel Demokrasi ve Kalkınma Müze ve Külliyesi”nin açılması münasibətilə səmimi qəlbdən təbrik edirəm! Ayrıca, bu Türk milliyyəti üçün son dərəcə önəmli və gözəl olan bir hadisəyə mənim də şahidlik etməyimi istədiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizin qardaş Türkiyə Cümhuriyyətinin inkişafında əvəzsiz xidmətləriniz danılmazdır. Siz təkcə Türkiyə üçün deyil, bütün Türk dünyası, Sovetlər Birliyindən ayrılaraq öz müstəqilliyini elan etmiş yeni Türk dövlətləri üçün də əlinizdən gələni əsirgəməmisiz.

Ümidvaram ki, Sizin imzanız olan “Süleyman Demirel Demokrasi ve Kalkınma Müze ve Külliyesi” bütün Türk dünyası üçün önəmli bir məkan, ziyarətgah olacaq. Gələcək nəsillər bu məkandan Türkiyə tarix və mədəniyyətinin şərəfli bir dövrünü öyrənmək imkanı əldə edəcəklər! “

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler