Azərbaycan Prezidenti BMT Baş Assambleyasında çıxış edəcəkBölmə: Siyasət
Azərbaycan Prezidenti BMT Baş Assambleyasında çıxış edəcək. Sentyabrın 19-da Baş Assambleyanın 72-ci sessiyası çərçivəsində BMT-nin mənzil-qərargahında ümumi siyasi diskussiya açılacaq. “Report” BMT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, sessiya iştirakçıları qarşısında 120-dən çox dövlət və hökumət başçıları, həmçinin xarici işlər nazirləri və nümayəndə heyətlərinin başçıları çıxış edəcəklər. Ümumi müzakirələrdən əvvəl BMT-nin baş katibi üzv dövlətlərə təşkilatın işi barədə illik məruzəsini təqdim edəcək. Ənənəyə uyğun olaraq, Baş Assambleyanın tribunasından ilk müraciəti ABŞ və Braziliya prezidentləri edəcək. Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də günün birinci yarısında çıxış edəcək. Türkiyə Prezidentinin çıxışı isə sentyabrın 19-u günün birinci yarısına planlaşdırılıb. Həmin gün Qətər əmiri, İsrailin baş naziri Benyamin Netanyahu da çıxış edəcəklər. Günün ikinci yarısında iclasda çıxış edənlər arasında Özbəkistan, Ermənistan və Estoniya prezidentləri olacaq. Ümumi siyasi diskussiya sentyabrın 25-da başa çatacaq. |
XƏBƏR LENTİ
10.03.24 10:58 | “Toplum TV” üzərindən yarım milyondan çox vəsait qeyri-qanuni Azərbaycana çatdırılıb
10.03.24 10:38 | Trampın Ukrayna ilə bağlı gizli planı – Bild
10.03.24 10:35 | Zaur Baxşəliyev, Lalə Azərtaş, Tolik, Xoşqədəm Baxşəliyeva, Elgiz Əkbər və Zaur Kamalla bağlı ŞOK YAZI
10.03.24 10:30 | Deputatın oğlu işdən çıxarıldı
10.03.24 10:25 | Tokayev sabah Bakıya gəlir
|