» » Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Vergilər Nazriliyi “Turan”a qarşı sanksiyaları bərpa etdi
Vergilər Nazriliyinin Bakı Lokal Gəlirlər Departamenti "Turan" İnformasiya Agentliyinə 2014-17-ci illərə aid vergi sanksiyasını yenidən bərpa edib.

Xalqinfo.az bildirir ki, bu barədə agentlik özü məlumat yayıb. Bildirilir ki, bununla bağlı sentybarın 18-də agentliyin elektron poçtuna Vergilər Nazirliyindən sentybarın 15-i tarixilə məktub daxil olub. Məktubda deyilir ki, agentlik 27 min 253 manat borca və daha 9.294 manat faizə malikdir.

Qeyd edək ki, sentybarın 12-də nazirliyin həmin departamentindən 11 sentyabr tarixilə agentliyə daxil olan məktubda "Turan"ın hər hansı vergi borcunun və ya cərimə sanksiyasının olmadığı bildirilirdi.

Vergi sanksiyası ləğv edildikdən sonra agentliyin hesablarına qoyulan həbs də götürülmüşdü, indi -sanksiyanın bərpasından sonra "Turan"ın hesablarına həbs qoyulması da bərpa edilə bilər.

Xatırladaq ki, avqustun 25-də agentliyin direktoru Mehman Əliyev həbs edilmişdi. Amma sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilərək sərbəst buraxıldı.virtual az. Org

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler