» » AŞPA-nin Azərbaycan üzrə məruzəçisi istefa verib

AŞPA-nin Azərbaycan üzrə məruzəçisi istefa verib

Bölmə: Siyasət, MANŞET
AŞPA-nin Azərbaycan üzrə məruzəçisi istefa verib
Belçikalı senator Alan Desteks Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üzvlüyündən istefa verib.

Medianın məlumatına görə, Desteks Belçikada öz qeyri-kommersiya assosiasiyası üçün Azərbaycandan maliyyə vəsaiti alıb.

Desteks AŞPA-nın Azərbaycanda insan hüquqları sahəsində vəziyyət haqqında məruzəçisi idi. İnsan hüquqları və ifadə azadlığı ilə bağlı problemləri yumşaltdığına görə onun fəaliyyəti yerli və beynəlxalq hüquq müdafiəçilərinin tənqidinə səbəb olurdu.

Onun məruzəsi AŞPA-nın oktyabr sessiyasına təqdim edilməli idi. Amma, sentyabrın 16-daDesteks ona qarşı "hücumlardan" gileylənərək, istefa verib.

"Həddindən artıq siyasiləşmiş bu assambleyada hazırda müzakirələr məruzəmin məzmunu deyil, mənim şəxsiyyətim üzərində cəmlənib", Belçika mətbuatı Desteksin sözlərindən sitat gətirir.

Desteksin fikrincə, "sakit debatlar üçün şərtlər artıq yerinə yetirilmir".

Bir müddət əvvəl Desteks AŞPA üzvlərindən ibarət qrupun Bəşər Əsədlə görüşmək üçün Suriyaya getməsi ilə bağlı qalmaqalın mərkəzində idi. Bu səfərə assambleya tərəfindən icazə verilməmişdi. Bununla əlaqədar AŞPA prezidenti Pedro Aqramunta belə bir səfərdə iştiraka görə etibarsızlıq ifadə olunub ("Amerikanın səsi").

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler