» » Mirhəsən Seyidov Azərbaycan Gəncliyi Dövlət proqramından danışdı

Mirhəsən Seyidov Azərbaycan Gəncliyi Dövlət proqramından danışdı

Bölmə: Siyasət
Mirhəsən Seyidov Azərbaycan Gəncliyi Dövlət proqramından danışdı
"2017-2021-ci illərdə Azərbaycan Gəncliyi Dövlət proqramı gənclər siyasətini yeni mərhələyə daşıyacaq". Xalqinfo.az-a daxil olan məlumata görə, bu barədə “İrəli”İctimai Birliyinin sdəri Mirhəsən Seyidov məlumat verib.

O qeyd edib ki, informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycanda sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək məqsədi ilə aparılan işlərin daha da təkmilləşməsini və müasir tələblərə cavab verməsini tələb edir: “Məhz buna görə də gənclərin maraqlarının təmin edilməsi və iqtisadi-siyasi, sosial-ictimai proseslərdə gənclərin potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılması zəruridir. Dövlət proqramının qəbul olunması bu gün yetişən gənclərin inkişafına dəstək verməklə yanaşı, qarşısına bir çox məqsədlər qoyub. Proqramda gənclərin vətəndaşlıq və vətənpərlik tərbiyəsi, sağlamlıq və xüsusi qayğıya ehtiyacı olan gənclər mövzusu, məşğulluq və gənc sahibkarların fəaliyyətinin stimullaşdırılması, gənclərin yaradıcılıq və asudə vaxtlarının səmərəli dəyərləndirilməsi, gənclərin və gənclər təşkilatının fəaliyyətinin ictimai həyatda dəstəklənməsi, beynəlxalq əməkdaşlıq, ekologiya, hüquq, informasiya texnologiyaları, intellektual fəaliyyətə dair məsələlər öz əksini tapıb.

Prezident İlham Əliyev tərəfindən qəbul olunan yeni proqram onun Azərbaycanda gənclərin inkişafına, gənclərə yönəlik olan siyasətin əhəmiyyətinə verdiyi önəmin nəticəsidir”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler