» » Ərdoğanın İrana səfərinin tarixi açıqlanıb

Ərdoğanın İrana səfərinin tarixi açıqlanıb

Bölmə: Siyasət
Ərdoğanın İrana səfərinin tarixi açıqlanıb
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 4-də İrana səfər edəcək.

“Report” Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında dövlət başçısının özü bildirib.

R.T.Ərdoğna qeyd edib ki, hazırda iki ölkə arasında müsbət münasibətlər mövcuddur: "Oktyabrın 4-də İrana səfər edəcəyəm. Tehranda Türkiyə-İran Strateji Şuranın toplantısına qatılacağam. Məndən əvvəl Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akar İrana gedərək, bir sıra görüşlər keçirəcək. Bu bir cavab ziyarəti olacaq".

Onun sözlərinə görə, Tehranda keçirəcəyi görüşlərdə Türkiyə-İran əlaqələrini, bölgədəki vəziyyəti müzakirə edəcəklər: "İraq və Suriya məsələsində terrora qarşı mübarizə tələb olunur. İran prezidenti Həsən Ruhani ilə Qazaxıstan paytaxtı Astanada həm təkbətək, həm də heyətlərarası görüşümüz oldu. İranla Türkiyə arasındakı əlaqələr çox canlanmış vəziyyətdədir”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler