» » Bu gün Vasif Talıbovun oğlunun toyudur

Bu gün Vasif Talıbovun oğlunun toyudur

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Bu gün Vasif Talıbovun oğlunun toyudur
Bu gün Bakıdakı “Buta” sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi keçiriləcək.

“Xalqinfo” Bizimyol.info-ya istinadən xəbər verir ki, V. Talıbov bir müddət əvvəl Nax MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək.

Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanıb. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tutub. S. Talıbov MR Ali Məclisinin üzvü, Naxçıvan Dövlət Universitetinin “Beynəlxalq əlaqələr üzrə prorektoru” vəzifəsində çalışır.

Sayta açıqlamasında Seymur Talıbov toy məclisinin ailə daxilində keçiriləcəyini bildirib. “Toy mərasimi sadə, milli adət-ənənələrə uyğun, ailə daxilində keçiriləcək. Əlavə heç nəyə ehtiyac yoxdur. Allah bütün ailə həyatı quranları xoşbəxt eləsin!”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler