Prezident Berat Albayrakla görüşübBölmə: Siyasət
Sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyev Türkiyə Respublikasının enerji və təbii sərvətlər naziri Berat Albayrak ilə görüşüb. "Xalqinfo" AzərTac-a istinadən xəbər verir ki, prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bugünkü mərasimə ünvanladığı təbrik məktubundakı xoş sözlərinə görə minnətdarlığını bildirib. Bugünkü tədbirin Azərbaycan ilə Türkiyə arasında enerji sahəsində mövcud olan əməkdaşlığı daha da möhkəmləndirdiyini qeyd edən dövlətimizin başçısı bu münasibətlə təbriklərini çatdırıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak Prezident Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdırıb. O, Türkiyə ilə Azərbaycan arasında enerji sahəsində mövcud əməkdaşlığın bütün dünyaya nümunə olduğunu bildirib. Berat Albayrak bu əməkdaşlığın yeni layihələr və qarşılıqlı sərmayələrlə daha da zənginləşdirildiyini vurğulayıb. Görüşdə Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətinə toxunuldu, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da genişlənəcəyinə əminlik ifadə olundu. Həmçinin Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Sazişin önəminə toxunularaq, bunun ölkələrimizin iqtisadi inkişafı və xalqlarımızın rifahının daha da yüksəldilməsi baxımından əhəmiyyəti qeyd edildi. Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən birgə strateji layihələrin əhəmiyyətindən danışıldı. Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanın səmimi salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|