» » "Qarabağın Azərbaycan torpağı olduğuna dair danılmaz sübutlar əldə etdim"

"Qarabağın Azərbaycan torpağı olduğuna dair danılmaz sübutlar əldə etdim"

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Qarabağın Azərbaycan torpağı olduğuna dair danılmaz sübutlar əldə etdim"
Sentyabrın 11-i Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən əfv olunan Aleksandr Lapşin təşəkkür məktubu yazıb.

Xalqinfo.az-ın məlumatına görə, Lapşinin təşəkkür məktubunda deyilir:

Mən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 20/07/2017 tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 318.2-ci maddəsi üzrə təqsirli bilinərək 3 il azadlıqdan məhrum edilmişdim. 281.2-ci maddə üzrə ittihama xitam verilmişdir.

Bu gün əfv edilməyim ilə bağlı Sərəncam imzaladığınızı öyrəndim. Sizə hədsiz dərəcədə minnətdaram. Mənə elə gəlir ki, indiyədək həyatımda heç bir hadisəni bu cür səbirsizliklə gözləməmişdim!

Bir daha təkrar etmək istəyirəm ki, əməllərimdən səmimi peşmançılıq hissi keçirirəm. Dağlıq Qarabağ ərazisinə səfər etdiyim zaman bu regionda və onun ətrafındakı hadisələr barədə düzgün məlumatım yox idi.

İndi mən Qarabağın Azərbaycan torpağı olduğuna və bundan sonra da olacağına dair danılmaz sübutlar əldə etdim. Ümid edirəm ki, Qarabağ məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapacaq.

Bir daha öz məsuliyyətsiz davranışlarımdan peşmançılıq hissi keçirdiyimi bildirirəm. Mənim işim üzrə göstərdiyiniz anlayış və mərhəmət üçün Sizə dərin minnətdarlığımı bildirirəm.

Sizə, ailənizə, bütün Azərbaycan xalqına can sağlığı, uzun ömür, firavanlıq və işğal olunmuş torpaqların ən tez zamanda azad olunmasını arzu edirəm.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler