» » Putinin "ram olmaması" Qərbi qəzəbləndirib

Putinin "ram olmaması" Qərbi qəzəbləndirib

Bölmə: Siyasət
Putinin "ram olmaması" Qərbi qəzəbləndirib

“The Washington Post” sanksiyaların Rusiyaya elə bir təsir göstərmədiyini yazır

“Qərb liderləri özündən razı halda bəyan edirlər ki, Ukraynaya hərbi müdaxiləyə görə onların Rusiyaya tətbiq etdiyi sanksiyalardan dolayı bu ölkə çətin duruma düşüb , ancaq Rusiyanın makro-iqtisadi göstəriciləri Fransanın, İtaliyanın, hətta Almaniyanın göstəricilərindən heç də geri qalmır. Maraqlıdır ki, bu sanksiyaların Rusiyaya təsiri haqqında çox danışırlar, ancaq bu sanksiyaların Putinə təsirini hələ ki, görən olmayıb”, bu barədə “The Washington Post”un redaksiya tərəfindən hazırlanmış məqaləsində deyilir.

Əksinə, biz Putinin Milanda keçirilən sammitdə hər hansı güzəştə meylli olmasınının şahidi olmadıq. Rusiya açıq şəkildə göstərdi ki, nə Ukraynadan, nə də yeni imperiya istəyindən geri durmaq fikrində deyil: “İtaliyanı tərk etməmişdən əvvəl Rusiya prezidenti mətbuat konfransı keçirdi. Həmin tədbirdə Putin şərqi Ukraynanı dəfələrlə “Novorassiya” adlandırdı. Bu ifadə isə XIX əsrdə çar Rusiyasında işlənirdi. O, demək istəyirdi ki, rəsmi Moskva şərqi Ukraynanın özü tərəfindən idarə olunmasını doğru sayır”.

Putin həmçinin qeyd etdi ki, sülhpərvər qüvvələrin gələcəkdə əsas işi separatçı bölgə ilə Ukraynanın digər əraziləri arasında qərar tutmaq olmalıdır: “Belə olsa, “Novorassiya” kiçik bir dövlət kimi formalaşa bilər və Putin həmin ölkədən Ukraynada stabilliyi pozmaq üçün həmişə istifadə edə bilər”.

“Almaniya kansleri xanım Merkel həqiqətən də tərifə layiqdir. O, Putinlə danışıqlar zamanı sərt mövqe tutur. Çox güman ki, kansler digər Qərb ölkələri liderlərindən daha çox Putinlə görüşdüyündən və onunla Ukrayna böhranını müzakirə etdiyindən vəziyyət barədə daha çox məlumatlıdır. Xanım Kansler bəyan etdi ki, sanksiyaların ləğvi üçün Rusiya Ukraynanın ərazi bütövlüyün tanımalıdır, özü də təkcə “”kağız üzərində yox “”,“The Washington Post” yazır.

Baxmayaraq ki, ABŞ və Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların tətbiqində eyni mövqedən çıxış etdilər, ancaq bu da faktdır ki, Obama administrasiyası Rusiyanının Ukraynaya müdaxiləsinin qarşısını ala bilmədi. Obama Putinin Rusiyanı genişləndirmək planlarını durdurmaq istiqamətində də ciddi nəticəyə nail olmadı: “İndi bu məsələlər ABŞ-la Avropa Birliyi arasında keçiriləcək məsləhətləşmələr zamanı gündəmin əsas mövzuları sırasında yer almalıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler