» » İlham Əliyev Gürcüstanın XİN rəhbəri ilə görüşüb -

İlham Əliyev Gürcüstanın XİN rəhbəri ilə görüşüb - Yenilənib

Bölmə: Siyasət, GÜNDƏM
İlham Əliyev Gürcüstanın XİN rəhbəri ilə görüşüb -
Gürcüstanın xarici işlər naziri Mixeil Canelidze Azərbaycanda rəsmi səfərdədir.

"Xalqinfo" xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də gürcü nazirlə görüşüb.

***

Prezident İlham Əliyev Gürcüstan baş nazirinin müavini- xarici işlər naziri Mixeil Canelidzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan-Türkiyə-Gürcüstan xarici işlər nazirlərinin Bakıda keçiriləcək üçtərəfli görüşünə toxunaraq bu tədbiri əməkdaşlığın mühüm formatı kimi dəyərləndirib və bunun regional əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini deyib. O, formatın həm üçtərəfli, həm də ikitərəfli məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident qeyd edib ki, Azərbaycan-Gürcüstan ikitərəfli münasibətləri uğurla inkişaf edir, bütün istiqamətlərdə yaxşı nəticələr əldə edilib. Dövlət başçısı ümumilikdə əlaqələrin inkişaf dinamikasının razılıq doğurduğunu və bir sıra mühüm sahələrdə əməkdaşlığın genişləndiyini vurğulayıb.

M. Canelidze ilk növbədə ölkəsindəki meşə yanğınları zamanı Azərbaycanın göstərdiyi köməyə görə prezident İlham Əliyevə minnətdarlığını bildirib və bunun ölkəsi üçün çox böyük dəstək olduğunu söyləyib. İkitərəfli əlaqələrin fəal sürətdə inkişaf etdiyini vurğulayan M. Canelidze ticarət dövriyyəsinin, iqtisadi sahədə əməkdaşlığın genişlənməsinin bunun yaxşı göstəricisi olduğunu nəzərə çatdırıb. Gürcüstanda strateji nəqliyyat layihələri üzrə mühüm işlərin görüldüyünü deyən nazir Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinin bu il başa çatdırılacağına ümidvar olduğunu bildirib.

Görüşdə ölkələr arasında əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler