» » ABŞ və Rusiya arasında diplomatik gərginlik -

ABŞ və Rusiya arasında diplomatik gərginlik - Baş konsulluq bağlanır

Bölmə: Siyasət
ABŞ və Rusiya arasında diplomatik gərginlik -
ABŞ Dövlət Departamenti Rusiyanın San-Fransiskodakı baş konsulluğunun, eləcə də Vaşinqton və Nyu-Yorkdakı bir sıra konsulluq obyektlərinin bağlanmasını tələb edib.

“Xalqinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

“Biz Rusiya hökumətindən San-Fransiskoda baş konsulluğun, həmçinin Vaşinqton və Nyu-Yorkdakı konsulluq obyektlərinin bağlamasını tələb edirik”,- deyə nazirlikdən bildirilib.

Dövlət Departamenti diplomatik instansiyaların fəaliyyətinin sentyabrın 2-nə qədər dayandırılmağını istəyib.

Daha əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Moskva ABŞ-dan Amerika diplomatik missiyasının əməkdaşlarının sayının azaldılmasını tələb etməyib, təklif edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler