» » “Siyasi partiyalar haqqında” qanuna hansı dəyişiklik edilir?

“Siyasi partiyalar haqqında” qanuna hansı dəyişiklik edilir?

Bölmə: Siyasət
“Siyasi partiyalar haqqında” qanuna hansı dəyişiklik edilir?
Bir müddət əvvəl “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gündəmə gəlmişdi. Belə ki, siyasi partiyanın maliyyələşməsi, fəaliyyətinə xitamla bağlı maddələrdə düzəlişlər ediləcəkdi.

Yaxın zamanlarda “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsi gözlənilirmi?

Məsələ ilə əlqədar Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az-a açıqlama verib.

Deputat bildirib ki, “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsini zəruri edən ciddi bir məsələ yoxdur.

“Qanuna ediləcək dəyişiklikdə əsasən, partiyaların maliyyə hesabatlılığı ilə bağlı məsələlərin ciddiləşdirilməsindən söhbət gedirdi. Amma indiki vəziyyətdə partiyaların fəaliyyətinə ciddi təsir göstərəcək dəyişiklik baş verməyib. Hazırda partiyalar normal fəaliyyətini davam etdirir. Ona görə də “Siyasi partiyalar haqqında” qanuna əlavə də dəyişikliklərin edilməsinə ehtiyac yoxdur”.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler