» » “Bu, prezidentin qayğısının nəticəsidir...” -

“Bu, prezidentin qayğısının nəticəsidir...” - “Qarabağ”dan danışdı

Bölmə: Siyasət
“Bu, prezidentin qayğısının nəticəsidir...” -
““Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi Azərbaycanda idmana dövlət başçısı səviyyəsində olan qayğının nəticəsidir. Əminik ki, bu istiqamətdə bizim daha da böyük uğurlarımız və qələbələrimiz olacaq”.

"Xalqinfo" xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə münasibət bildirirəkən deyib.

Fuad Muradov "Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə görə, komandanın baş məşqçisi Qurban Qurbanovun əməyini xüsusuilə yüksək qiymətləndirib.

“Qurban Qurbanov "Qarabağ" futbol klubunda ciddi nizam-intizam yaradıb. Ciddi nizam-intizam olan yerdə daha da irəlilə getmək mümkündür. Hesab edirəm ki, ona görə də bu qələbə həm də Qurban Qurbanovun adına yazılmalıdır. Həmçinin bu qələbə münasibətilə klubun rəhbərliyini, bütün komanda üzvlərini təbrik edirəm. Çünki onlar çox böyük əzmlə mübarizə apardılar və qələbə qazandılar”.

Komitə sədri deyib ki, "Qarabağ" adlı Azərbaycan futbol klubunun Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi bizim üçün ikiqat qələbə və sevincdir.

“Torpaqlarımız işğal altında olmasaydı "Qarabağ"ın ev oyunu Ağdamda keçirəcəkdi. Təəssüflər olsun ki, torpaqlarımız hələ ki, işğal altında olduğundan bu baş vermir. Ancaq "Qarabağ"ın qələbəsi beynəlxalq aləmə bir ismarıcdır. Bu ismarıc ondan ibarətdir ki, artıq bizim torpaqlarımız işğaldan azad edilməlidir. Beynəlxalq aləm də torpağı işğal altında olan dünya çapına çıxan bir kluba dəstək olmalıdır ki, növbəti ev oyunları işğaldan azad olunmuş Ağdamda keçirilsin”.

Qeyd edək ki, “Qarabağ” komandası dünən Azərbaycan futbol tarixində daha bir ilkə imza atdı. Səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə qarşılaşan Ağdam klubu minimal hesabla - 2:1 məğlub olub.

Amma “Qarabağ”ın Bakıdakı ilk oyunda 1:0 hesablı qələbəsı komandamızın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmasını təmin edib. Bununla da "Qarabağ" Çempionlar Liqasının qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu kimi tarixə düşüb.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler