» » Şahdağ Millli Parkındakı yanğın söndürülüb -

Şahdağ Millli Parkındakı yanğın söndürülüb - Yenilənib

Bölmə: Siyasət
Şahdağ Millli Parkındakı yanğın söndürülüb -
Şahdağ Millli Parkında yanğın hadisəsi olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yanğın Qəbələ rayonunun Tikanlı kənd ilə sərhədində, saat 08:45-də başlayıb.

Dərhal hadisə barədə Fövqəladə Hallar Nazirliyinin yerli strukturuna məlumat verilib və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri əl əməyindən istifadə etməklə yanğının söndürülməsinə cəlb olunub. Yanğın təxminən 1 hektar kolluq ərazini əhatə edib.

Hazırda yanğın lokallaşdırılmaq üzrədir.

***

Şahdağ Milli Parkında baş vermiş yanğın söndürülüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən verilən məlumata görə, saat 12 radələrində Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələrinin köməyi ilə yanğının qarşısı tam alınıb.

Yanğından sonra əraziyə baxış keçirilib. Hadisə zamanı 0,3 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Yanğının başvermə səbəblərini müəyyən etmək üçün ETSN-in Şahdağ Milli Parkı tərəfindən yerli polis şöbəsinə müraciət edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler