» » Sudan prezidentindən Əliyevə məktub

Sudan prezidentindən Əliyevə məktub

Bölmə: Siyasət
Sudan prezidentindən Əliyevə məktub
Sudan prezidenti Ömər Həsən Əhməd əl-Bəşir Azərbaycan prezidenti İlham Əliyevə iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə məktub göndərib.

“Xalqinfo”nun məlumatına görə, onun məktubunda deyilir:

“Sudan ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan müstəqilliyini bərpa edəndən bəri ölkələrimiz arasında bir çox sahələrdə əlaqələr qarşılıqlı dinamik siyasi dialoq, səmərəli və uğurlu əməkdaşlıq əsasında inkişaf edir. Əminəm ki, iqtisadi, ticari, texniki, humanitar sahələrdə və xalqlarımız arasında əlaqələr bundan sonra da hərtərəfli, davamlı və geniş şəkildə inkişaf edəcək. Mən inanıram ki, birgə səylərimizlə potensialımızdan daha yaxşı istifadə edə və məqsədlərimizə nail ola bilərik”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler