» » Etibar Hüseynov Şahverdiyevi yaş yuyub quru sərdi - “Simasızlığın, şərəfsizliyin...

Etibar Hüseynov Şahverdiyevi yaş yuyub quru sərdi - “Simasızlığın, şərəfsizliyin...

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Etibar Hüseynov Şahverdiyevi yaş yuyub quru sərdi - “Simasızlığın, şərəfsizliyin...
DİN-in “Gelandewagen”lə törədilən qəza ilə bağlı açıqlamasına rəğmən, millət vəkili Astan Şahverdiyevin “Nail Allahverdiyev hadisə zamanı evdə olub” sözləri sosial mediada ciddi müzakirə mövzusuna çevrilib.

Bir müddət əvvəl Rusiyada yaşayan vətəndaşlarımızın ünvanına “otxod” sözünü işlədən deputatın ünvanına sərt sözlər isə sabiq həmkarından gəlib.

Xalqinfo.az Yenicag.az-a istinadən xəbər verir ki, keçmiş millət vəkili Etibar Hüseynov Şahverdiyevi “yaş yuyub, quru sərib”.

Həmin statusu olduğu kimi təqdim edirik: “

Deməli, iki nəfər heç bir günahı olmayan insan ölüb, ikisi ağır yaralıdır (həkimlərin rəyinə görə, ən yaxşı halda ömürlük əlil qalacaq), DİN açıqlama yayıb, sükan arxasında Nail Allahverdiyevin olduğunu təsdiq edib; Astan Şahverdiyev də deyir ki, bəs Nail evdə olub, şahidlər var, onun hadisəyə heç bir aidiyyatı yoxdur. Simasızlığın, şərəfsizliyin, yaltaqlığın da sərhədi itib”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler