» » Komitə sədrinin müavini, iqtisadçı professor, poeziya həvəskarı...

Komitə sədrinin müavini, iqtisadçı professor, poeziya həvəskarı...

Bölmə: Siyasət
Komitə sədrinin müavini, iqtisadçı professor, poeziya həvəskarı...
26 iyul tarixi Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, iqtisadçı professor Eldar Quliyev üçün özəl gündür. Xalqinfo.az-ın məlumatına görə, Eldar Quliyev bu gün duğum tarixini qeyd edir.

Eldar Quliyev 1951-ci il iyulun 26-da Bakı şəhərində anadan olub.

1968-ci ildə Bakı şəhər 187 saylı orta məktəbini bitirib, 1969-cu ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstituna (hazırda Azərbaycan Dövlət İqtisat Universiteti) daxil olub. 1973-cü ildə institutu bitirərək iqtisadçı ixtisasına yiyələnib.

1973-1974-cü illərdə Elmi-Tədqiqat İnstutunda işləyib. 1974-1975-ci illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1987-ci illərdə respublikanın Ticarət Nazirliyi sistemində məsul vəzifələrdə çalışıb, 1981-1985-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində aspirant kimi elmi tədqiqat işi ilə məşğul olub.

1987-1990-cı illərdə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının idarə rəisi vəzifəsində çalışıb. 1990-cı ildə Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı İdarə Heyətinin sədr müavini, 1993-cü ildə İdarə Heyətinin sədri vəzifəsinə seçilərək, hal-hazıra kimi ona rəhbərlik edir.

2011-ci ildən Azərbaycan Kooperasiya Universitetinin rektoru, iqtisad elmləri doktoru, professordur.

Eldar Quliyev ikinci, üçünçü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

O. 2011-ci ildə Türkdilli dövlətlərin parlamentlərinin "Fəxri millət vəkili" seçili, 2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisin qərarı ilə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri təyin olunub.

Geniş elmi fəaliyyətinə və iqtisad elminə verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının, Almaniyanın Hannover şəhərində yerləşən Avropa Təbiət Elmləri Akademiyasının, İtaliya Beynəlxalq İqtisadi və Sosial Elmlər Akademiyasının həqiqi üzvü, Gürcüstan Respublikasının Suxuşvili Texniki Universitetinin Fəxri doktoru seçilib.

Roma şəhərinin "Fəxri alimi"dir. Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyası tərəfindən "Qızıl Ulduz" medalı və "Atatürk Beynəlxalq" mükafatı, Birləşmiş Millətlər Təşkilatının Təltif Komitəsi tərəfindən "Taclı Xidmət" ordeni və İctimai Mükafatlar Şurasının Beynəlxalq Mükafatlar Komitəsi (UNCOPA) tərəfindən "Avropa Xidmət Ordeni", Avropa Təbiət Elmləri Akademiyası tərəfindən "Senator Ulduzu" və "Qızıl Qartal" ordenləri ilə təltif olunub.

Almaniyanın Berlin şəhərində Leybnis adına medalla mükafatlandırmaqla "Avropanın əməkdar elm xadimi" adına layiq görülüb. Azərbaycan və bir sıra keçmiş sovet dövlətləri ilə yanaşı Türkiyədə, ABŞ-da və Avropa ölkələrində çoxsaylı elmi əsərləri və kitabları nəşr olunub.

2017-ci ilin mart ayında Almaniyanın nüfuzlu mətbəələrindən birində "Qlobal ərzaq təhlükəsizliyi: reallıqlar, çağırışlar və perspektivlər" adlı kitabı çap olunub. Dünyanın ən qlobal problemlərindən birinə - ərzaq təhlükəsizliyi probleminə həsr olunmuş bu kitab ekspert komitəsi tərəfindən Birləşmiş Millətlər Təşkilatının İsveçrədə yerləşən mərkəzi kitabxanasının fonduna qəbul edilib.

Səmərəli ictimai-siyasi fəaliyyətinə görə 2011-ci ilin iyul ayında Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif olunub.
Ailəlidir, iki övladı var.

Eldar Quliyev həm də poeziya həvəskarıdır. O, Eldar Allahyaroğlu imzası ilə şeirlər yazır. Şeirlərinə bir sıra mahnılar bəstələnib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler