» » Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu

Bölmə: Siyasət
Azərbaycan və Rusiya prezidentlərinin görüşü tam vaxtında və aktual oldu
Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyevin iyulun 21-də Soçidə görüşü, zənnimcə, son vaxtlar ikitərəfli münasibətlərdə müşahidə edilən bəzi gərginlik baxımından tam vaxtında və aktual oldu. Mən azərbaycanlıların Rusiyada ən böyük diaspor təşkilatının – Ümumrusiya Azərbaycanlıları Konqresinin bağlanması ətrafında Rusiyanın dövlət strukturlarından bir sıra rəsmi nümayəndələrin Azərbaycan ictimaiyyətində təəccüb doğuran, dostluqla bir araya sığışmayan bəyanatlarını və digər məsələləri nəzərdə tuturam.

Xalqinfo.az xəbər verir ki, Bu fikirləri Milli Məclisin deputatı, tanınmış publisist Elmira Axundova AzərTac-a müsahibəsində söyləyib.

O bildirib ki, əlbəttə, bütün bu neqativ informasiyalar əsası hələ XXI əsrin əvvəlində ulu öndər Heydər Əliyev və Vladimir Putin tərəfindən qoyulmuş dövlətlərarasımünasibətlərimizin möhkəm təməlini sarsıda bilməz. Lakin biz başa düşürük ki, Rusiyada, o cümlədən hökumət dəhlizlərində qəsdən çaşqınlıq yaratmaq və regionun ən qüdrətli dövləti ilə əlaqələrimizin gələcək davamlı inkişafına mane olmaq istəyən qüvvələr heç də az deyil. Buna görə də dövlət başçıları arasında şəxsi münasibətlər dünyanın müasir siyasi sistemində ən mühüm amildir. İndiki vəziyyətdə də bu, məhz belədir.

“Tanınmış tarixçi və politoloq, Milli Məclisin deputatı Musa Qasımlı düzgün müşahidə edib ki, bu görüş Rusiyanın dövlət və ictimai strukturlarında, xüsusilə kütləvi informasiya vasitələrində özünə yer etmiş erməni lobbisi nümayəndələrinə özünəməxsus cavabdır. Rusiya Federasiyasının siyasətçiləri və ictimai xadimləri, nəhayət, aydın şəkildə dərk etməlidirlər ki, onların ölkəsinin əsl dostu kimdir və kim görüntü yaradır”, - deyə Elmira Axundova qeyd edib.

Rusiya-Azərbaycan münasibətlərinə toxunan Elmira Axundova vurğulayıb: “Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiyanın mühüm rolu ilə əlaqədar Azərbaycan cəmiyyətinin gözləntiləri nəzərə alınmasa, Azərbaycan və Rusiya arasında, prinsipcə, xüsusi problemlər yoxdur. Əlbəttə, biz istərdik ki, Rusiya bu istiqamətdə böyük fəallıq və prinsipiallıq göstərsin. Ondan çox şey asılıdır.

Qafqazda sülh hamıya – Azərbaycana da, Rusiyaya da, sosial-iqtisadi problemlər girdabında boğulan Ermənistanın özünə də lazımdır. Dövlətimizin başçısının Türkiyə Prezidenti və ABŞ dövlət katibi ilə danışıqları kimi, iki prezidentin görüşü də Ermənistan-Azərbaycan münaqişəsinin tezliklə və ədalətli həllinə xalqımızın ümidlərini artırıb”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler