» » Partiya sədrinin müavini həbsdə qaldı

Partiya sədrinin müavini həbsdə qaldı

Bölmə: Siyasət
Partiya sədrinin müavini həbsdə qaldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilənlər İnqilab Əhədovun barəsindəki hökmdən verilən şikayət üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqinfo”nun verdiyi xəbərə görə, hakim Faiq Qasımovun icraatında olan proses qərar elan oxunub. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb. İ.Əhədov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

İ.Əhədovla birgə Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov da təqsirləndirilib. Məhkəmə ona şərti cəza verib və N.Kərimov hökmlə razılaşaraq apellyasiya şikayəti etməyib. N.Kərimov əvvəlcə həbs edilsə də, 12 gün sonra ev dustaqlığına buraxılıb və istintaq dövründə ev dustaqlığında olub.

İnqılab Əhədov İslam Partiyasının sədr müavini olub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler