» » Avropa Parlamentindən Ermənistana Dağlıq Qarabağ mesajı

Avropa Parlamentindən Ermənistana Dağlıq Qarabağ mesajı

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Avropa Parlamentindən Ermənistana Dağlıq Qarabağ mesajı
Ermənistan xarici işlər nazirinin müavini Karen Nazaryan dünən Avropa Parlamenti nümayəndələrini qəbul edib.

Xalqinfo.az Ermənistan mediasına istinadən xəbər verir ki, görüşdə müzakirə olunan əsas məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsi olub.

Nazaryan görüş zamanı başqa məsələlərdən danışmağa cəhd göstərib. O, Avropa Birliyi tərəfindən qoyulan öhdəliklərlə bağlı danışarkən, qonaqlar Dağlıq Qarabağ məsələsinin xüsusilə vurğulanmasını və müzakirə olunmasını istəyiblər. Bundan sonra nazir müavini ATƏT-in Minsk qrupunun fəaliyyəti və digər müzakirələrlə bağlı məlumat verib.

Hər zaman olduğu kimi günahı özlərində görməyən erməni rəsmisi Ermənistanın Minsk qrupu ilə birgə "səylərinə" toxunub.

Göründüyü kimi artıq Qərb ölkələri də problemi illərdir uzadan Ermənistanın məsələni gündəmdə saxlaması və həllinə çalışması üçün təzyiqlər göstərir. Bu cür təzyiqlər davamlı olarsa, Dağlıq Qarabağ probleminin həllinə təsirsiz ötüşməyəcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler