» » “Soçi görüşünün müsbət nəticələri olacaq” -

“Soçi görüşünün müsbət nəticələri olacaq” - Bayram Səfərov

Bölmə: Siyasət
“Soçi görüşünün müsbət nəticələri olacaq” -
İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Prezidentərin görüşü Dağlıq Qarabağ münaqişəsinin həllində hansı addımların atılmasına səbəb ola bilər?

Məsələ ilə bağlı Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Bayram Səfərov Modern.az-a açıqlama verib.

O, deyib ki, İlham Əliyev prezidentliyi dövründə hər zaman Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına çalışır.

“Prezidentimiz hansısa bir ölkəyə səfər edən zaman Dağlıq Qarabağla bağlı məsələ qaldırır. Ölkə başçısının apardığı işlər Azərbaycan xalqını qane edir. Amma nə qədər ki, Ermənistan prezidenti Serj Sərkisyan hakimiyyətdədi, inanmıram ki, ərazilərimizin qaytarılması ilə bağlı irəliləyiş olsun. Çünki onlar vaxt udmaqdan başqa, status-kvonun dəyişilməməsindən ötrü əllərindən gələn bütün provakasiyaları edir, yalançı addımlar atırlar. Ancaq bütün dünya, beynəlxalq təşkilatlar, Rusiya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi kimi qəbul edir”.

B.Səfərov bildirib ki, Prezident İlham Əliyevin Rusiyaya səfəri və həmkarı Vladimir Putinlə Soçidəki görüşü Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət daşıyır.

“Azərbaycan və Rusiya prezidentləri arasında görüşlər mütəmadi xarakter alıb. Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün təşkil olunmuş Minsk qrupu həmsədrlərindən əhəmiyyətli birisidir, regionda əsas güc sahibidir və Azərbaycan üçün də mühüm tərəfdaşdır. Bölgədəki münaqişələrin həlli istiqamətində Rusiya ilə daimi məsləhətləşmələr aparmaq olduqca əhəmiyyətlidir. Ona görə də Soçi görüşün faydalı olduğunu düşünürəm, yəqin ki, bu görüşün müsbət nəticələri olacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler