» » Şiddətli atışmalar Qarabağı aşdı: “Soçidə 10 görüş keçirilsə də...”

Şiddətli atışmalar Qarabağı aşdı: “Soçidə 10 görüş keçirilsə də...”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Şiddətli atışmalar Qarabağı aşdı: “Soçidə 10 görüş keçirilsə də...”
“Rusiya və Azərbaycan prezidentləri Qarabağdan danışsalar da, Soçi görüşünün bu mənada müsbət nəticəsi olmayıb. Olsaydı, heç olmazsa qısa müddət cəbhə bölgəsində və Azərbaycan-Ermənistan sərhəddində nisbi sakitlik yaranardı”.

Xalqinfo.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya prezidentlərinin görüşünü şərh edən “Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bildirib ki, cəbhə bölgəsində atəşkəs intensiv pozulmaqla yanaşı, iki ölkə arasındakı sərhəddə də vəziyyət gərgindir.

“Toqquşmalar Qarabağı aşıb. Ermənistanın Qazax və Tovuzla sərhəddəki bölgələri səksəkə içindədir. Onlar vurur, biz cavab veririk və ya əksinə biz vururuq ki, onlar daima gərginlik içində olsunlar. Bu elə belə də davam edəcək, ard-arda Soçidə 10 görüş keçirilsə də, lokal toqquşmaların həcmi azalmayacaq. Bəlkə Kremlə də elə bu lazımdır, sanki tərəflərə mesajı belədir: “Bir-birinizə atəş aça bilərsiniz, hətta istəsəniz lokal döyüşlər də edə bilərsiniz, ancaq genişmiqyaslı müharibəyə icazəm yoxdu”.

İyulun 21-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər müzakirə edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler