» » Ədliyyə orqanlarında çalışmaq istəyən namizədlərlə söhbət aparılacaq

Ədliyyə orqanlarında çalışmaq istəyən namizədlərlə söhbət aparılacaq

Bölmə: Siyasət
Ədliyyə orqanlarında çalışmaq istəyən namizədlərlə söhbət aparılacaq
Ədliyyə orqanların qəbulla bağlı müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə söhbət aparılacaq.

Ədliyyə Nazirliyindən APA-ya verilən məlumatda bildirilir ki, ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 10.06.2017-ci il tarixdə keçirilmiş növbəti test imtahanında uğur qazanan və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna uyğun olaraq müsabiqənin ikinci mərhələsinə buraxılan namizədlərlə avqust ayının 10-dan etibarən söhbət keçirilməsinə başlanılacaq.

Söhbət Ədliyyə Nazirliyinin inzibati binasında (Bakı şəhəri, İnşaatçılar prospekti, 1 ünvanında) fərdi qaydada keçiriləcək və hər bir namizədə bu barədə elektron kabinetləri və digər informasiya vasitələri ilə əvvəlcədən məlumat veriləcək.

Xatırladırıq ki, qanunvericiliyə əsasən söhbətin nəticələrinə görə, uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcək və təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin qulluğa qəbul məsələsi həll olunacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler