» » Ərdogan fransalı həmkarı ilə anlaşdı

Ərdogan fransalı həmkarı ilə anlaşdı

Bölmə: Siyasət
Ərdogan fransalı həmkarı ilə anlaşdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Xalqinfo.az xarici mediaya istinadən xəbər verir ki, liderlər bölgədəki münaqişələri müzakirə ediblər.

İki lider Qüdsdəki Hərəmi Şərifdə fələstinlilərə qarşı məhdudiyyətlər və insan itkiləri səbəbindən yaşanan gərginlikdən dolayı narahatlıq duyduqlarını bildirərək problemin həlli və sakitliyin bərqərar olması üçün birgə səy göstərilməsi məsələsində razılıq əldə ediblər. Gərginliyə son verəcək addımların bir an əvvəl atılması lazım olduğunu bildirən iki lider Suriya və Liviyadakı son proseslər haqqında da fikir mübadiləsi aparıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler