» » "Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin" - Prezidentə müraciət edəcək

"Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin" - Prezidentə müraciət edəcək

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
"Deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilsin" - Prezidentə müraciət edəcək
Milli Məclisin fevralın 1-də keçirilən iclasında deputat Elmira Axundova təklif etmişdi ki, 125 deputat köməkçisininə dövlət qulluqçusu statusu verilsin, onların əmək kitabçalarına dövlət qulluqçusu stajı yazılsın.

Bəs deputatın təklifinə hanısasa reaksiya olubmu?

“İş orasındadır ki, bu köməkçilərin əksəriyyəti cavanlardır, gənc ailə sahibləridir, çoxunun mənzilləri yoxdur. Onlar istəyirlər ki, sosial evlərə, ipotekaya sahib olsunlar. Amma mən bu yaxında öyrəndim ki, heç bir deputat köməkçisi sosial ipoteka və sosial mənzil ala bilməyəcək. Çünki onlar dövlət qulluqçusu deyillər. Sosial ipoteka və ya sosial mənzil almaq üçün ən azı 3 il dövlət qulluqçusu işləmək lazımdır. Mən xahiş edərdim ki, Milli Məclis rəhbərliyi 125 nəfərin taleyi ilə yaxından məşğul olaraq müvafiq qurumlar qarşısında məsələ qaldırsın. Bununla da biz böyük savab iş görmüş olarıq”,-E.Axundova demişdi.

Xalqinfo.az-ın məlumatına görə, Elmira Axundova Modern.az-a açıqlamasında bildirib ki, onun təkliflərini deputatların hamısı dəstəkləyir.

“Hətta buna görə mənə minnətdarlıqlarını da bildirdilər. Həmçinin, bir neçə deputat köməkçisi də gəlib, mənə təşəkkür etdi. Mənim bu təklifim hamı tərəfindən yaxşı qarşılandı”.

Deputat bildirib ki, bu təklifi yenidən Milli Məclisin payız sessiyasında keçiriləcək iclasda səsləndirəcək.

“Hətta yenidən bu təkliflə cənab Prezident İlham Əliyevə müraciət edəcəyəm. Çünki deputat köməkçilərinə dövlət qulluqçusu statusu verilməsi çox aktual məsələdir. Mənə elə gəlir ki, təklifimə dəstək olacaqlar. Ümid edirəm ki, buna nail olacağam”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler