» » Türkiyədən Almaniyaya xəbərdarlıq - “Ərdoğana sui-qəsd ola bilər”

Türkiyədən Almaniyaya xəbərdarlıq - “Ərdoğana sui-qəsd ola bilər”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Türkiyədən Almaniyaya xəbərdarlıq - “Ərdoğana sui-qəsd ola bilər”
Türkiyənin dövlət təhlükəsizlik orqanları Hamburqda keçirilmiş “G20” sammitindən əvvəl Almaniya federal polisinə verbal nota göndəriblər.

Xalqinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Welt” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, nota iyulun 6-da göndərilib. Məktubda “Alman polisi geyimində olan şəxslər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana sui-qəsd təşkil edə bilərlər”,-deyə vurğulanıb. Bundan əlavə potensial sui-qəsdçinin adı da qeyd olunub. Onun keçmiş Türkiyə polisi olduğu bildirilib.

“Welt”in sorğusuna cavab olaraq Almaniya polisi məktub aldıqlarını təsdiqləyib. Ancaq hesablamalara əsasən sui-qəsd ehtimalının az olduğu vurğulanıb.

Qeyd edək ki, 7-8 iyulda Hamburq şəhərində “G20"-nin (Böyük 20-lik) sammiti keçirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler