» » Rusiyada Putinlə yanaşı prezident titulu daşıyan yeganə şəxs...

Rusiyada Putinlə yanaşı prezident titulu daşıyan yeganə şəxs...

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Rusiyada Putinlə yanaşı prezident titulu daşıyan yeganə şəxs...
Tatarıstan prezidenti Rüstəm Minnixanovun Putinlə eyni vətəndaşlığı və eyni vəzifəsi var. Dünyanın ən böyük ölkəsində Minnixanovdan başqa heç kəsin bu cür imtiyazları yoxdur.

Xalqinfo.az Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinə istinadən xəbər verir ki, bu imtiyazlar 90-cı illərdə əldə olunmuşdu.

“Moskvadan 800 kilometr uzaqlıqda yerləşən neftlə zəngin region Rusiyaya Boris Yeltsin başçılıq etdiyi zaman böyük imtiyazlar əldə etmişdi. Həmin vaxt bölgə sakinlərinin əksəriyyəti referendumda müstəqilliyə səs versələr də, Moskva Tatarıstanla xüsusi müqavilə imzalayaraq onu tərkibində saxlaya bildi. Şərtlərə əsasən, Tatarıstan öz vergi məsələsini özü həll etmək, təbii sərvətlərdən isitfadə etmək, ikidilli pasportdan istifadə və prezident titulunun saxlanılmasına nail oldu.

Maraqlıdır ki, Çeçenistanın faktiki hakimi Ramzan Kadırov Moskvanın xoşuna gəlmək üçün artıq bir neçə ildir ki, özünü prezident deyil, dövlət rəhbəri kimi çağırılmasını istəyir. Beləliklə, prezidentlik institutu yalnız Tatarıstanda qalır amma bu müvəqqəti ola bilər. Belə ki, Moskva və Kazan arasında imzalanmış sonuncu müqavilənin bitməsinə bir neçə gün qalır və Moskva bu müqaviləni uzatmaq istəmir. Rusiya mediasının məlumatına görə, martda Rusiyada prezident seçkiləri öncəsi, digər regionlar da Moskvadan prezidentlik titulu ilə bağlı müqavilələr tələb edə bilər.

4 milyonluq Tatarıstan Moskva ilə xüsusi müqaviləsi olan yeganə regiondur lakin bu tezliklə dəyişə bilər. Tatar deputatlarının əksəriyyəti ölkələrinin uğurunu Kazanın ən zəngin şəhərlərdən biri olması, müsəlman Tatarıstanının isə İslamın ən mötədil nümunəsi olduğunu deyir.

Moskva ilə Sibir arasında əlverişli mövqe tutan Tatarıstan energetika, dəmir yolu və s. infrastrukturu inkişaf etdirə bilib. Yaxın illərdə Tatarıstanda İnnopolis yüksək texnoloji şəhər inşa olunacaq. Türkiyə ilə mədəni yaxınlıqdan da isitfadə edən Tatarıstan Rusiyanın investisiya yatırmaq üçün ən sərfəli regionu sayılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler