» » “Benzinin qiymətinin artırılması məmurların prezidentə xəyanətidir”


“Benzinin qiymətinin artırılması məmurların prezidentə xəyanətidir”

Bölmə: Siyasət
“Benzinin qiymətinin artırılması məmurların prezidentə xəyanətidir”
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Moderator.az -a açıqlamasında benzinin qiymətinin qaldırılmasına münasibət bildirib.

Partiya sədri bunu məmurların ölkə başçısına növbəti xəyanəti kimi dəyərləndirib:

“Benzinin qiymətinin qaldırılması xoşagələn deyil. Belə ağır dövrdə benzinin qiymətinin qaldırılması yolverilməzdir. Kimsə buna bəraət qazandırırsa, bu, onun öz işdidir. Lakin bu gün mənə verilən məlumatlar göstərir ki, xalq arasında çox böyük narazılıq mövcuddur. Məmurlar bununla mənim qardaşım İlham Əıliyevi fakt qarşısında qoyurlar.

Benzinin qiymətinin artması digər məhsullarda da bahalaşmaya səbəb olacaq. Seçkiqabağı ildə belə bir atmağa ehtiyac yox idi. Bunu qocalmış hökumətin, Tarif Şurasının əsasız qərarı hesab edirəm. Bu, məmurların ölkə preizdentinə xəyanətidir. Buna başqa cür qiymət vermək olmaz. Hesab edirəm ki, qardaşım bununla bağlı öz mövqeyini ortaya qoymalıdır”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler