» » Qənirə Paşayeva beynəlxalq QHT-lərin rəhbərlərinə Qarabağdan danışıb

Qənirə Paşayeva beynəlxalq QHT-lərin rəhbərlərinə Qarabağdan danışıb

Bölmə: Siyasət
Qənirə Paşayeva beynəlxalq QHT-lərin rəhbərlərinə Qarabağdan danışıb
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Beynəlxalq İDEA-nın (Demokratiyaya və seçkilərə yardım beynəlxalq institutu) idarə heyətinin üzvü Emine Bozkurtla görüşüb.

Xalqinfo.az xəbər verir ki, uzun illər Avropa Parlamentində millət vəkili kimi çalışmış və bu gün Beynəlxalq İDEA-nın (Demokratiyaya və seçkilərə yardım beynəlxalq institutu) idarə heyətinin üzvü Emine Bozkurtla müzakirələr zamanı millət vəkili ona Azərbaycanla bağlı və Qarabağ həqiqətləri ilə bağlı geniş məlumatlar verib.

Q.Paşayeva ona Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, bir neçə gün əvvəl işğalçı Ermənistan ordusunun törətdiyi vandalizm aktları barədə ətraflı məlumatlar verib. Məcburi köçkünlərin fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açan Q.Paşayeva bildirib ki, “Dünyanın harasında yaşamasından asılı olmayaraq ədalətin yanında olan hər kəs Ermənistanın törətdiyi vandalizm aktlarına, törətdiyi Xocalı soyqırımına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini beynəlxalq təşkilatlarda daha yüksək səslə söyləməlidir və Azərbaycan xalqı beynəlxalq QHT-larından da bunu gözləyir və ədalətin yanında daha çox olmağa çağırır. Millət vəkili, siyasi elmlər doktoru Q.Paşayeva həmçinin Krans Montana Forumunun qurucusu Jan-Pol Karteron və Krans Montana Forumunun Prezidenti Pyer-Emmanuel Quirinlə də görüşüb. Görüş zamanı Azərbaycan həqiqətləri ilə bağlı danışan millət vəkili Q. Paşayevaya təşkilatın rəhbərləri Azərbaycanla əməkdaşlığa önəm verdiklərini deyiblər və maraqlı fikir mübadiləsi olub.

Qənirə Paşayeva beynəlxalq QHT-lərin rəhbərlərinə Qarabağdan danışıb
Qənirə Paşayeva beynəlxalq QHT-lərin rəhbərlərinə Qarabağdan danışıb

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler