» » Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü -

Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü - YAP Şəmkir

Bölmə: Siyasət
Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü  -
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü münasibətilə YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə silsilə tədbirlər davam etdirilir.

YAP Şəmkir rayon təşkilatından Xalqinfo.az-a daxil olan məlumata görə, təşkil olunan tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatının sədr müavinləri Ayaz İbrahimov və Azad Şərifov, YAP Şəmkir rayon təşkilatı Şura və İdarə heyətinin üzvləri, YAP Şəmkir rayon təşkilatı Aparatının məsul işçiləri,ilk partiya təşkilat sədrləri və YAP fəalları iştirak etdilər.

Tədbiri giriş sözü ilə açan Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd etdi ki, tarixin yetirdiyi görkəmli şəxsiyyətlərdən olan Heydər Əliyevin parlaq siyasi zəkası sayəsində iki əsrin və iki minilliyin qovuşuğundakı Azərbaycan öz milli-mənəvi dəyərlərini qoruyaraq, üçüncü minilliyə inamla qədəm qoymuşdur. Heydər Əliyev zəkası bütün sədləri yararaq və qarşıya çıxan heç bir çətinliyə baxmayaraq, Azərbaycanı olduqca mürəkkəb zamanın dalğaları arasından salamat çıxarıb ona həm bölgədə, həm də dünyada layiqli yer qazandırmışdır. Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilmişdir. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarmışdır. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalmışdır. Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaratmış və gələcəyə aparan yolları müəyyən etmişdir. Məhz buna görə də Azərbaycan tarixinin 1969-cu ildən bəri yaşanan dövrü Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə Heydər Əliyev dövrü kimi həkk olunmuşdur. Bu dövrün isə Azərbaycanın gələcək tarixi taleyi baxımından başlıca məzmunu azərbaycançılıqdır.

Daha sonra çıxış edən YAP Şəmkir rayon təşkilatının sədr müavini Ayaz İbrahimov bildirdi ki, hakimiyyətə gəldiyi ilk günlərdən Heydər Əliyevin gələcəyə hesablanaraq milli dövlət quruculuğunun əsasını təşkil edən strateji proqramında Azərbaycan dili ayrıca diqqət mərkəzində idi. Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə Azərbaycan dilinə həqiqi dövlət dili statusu qazandırmağa yönəlmiş fəaliyyətinin bəhrəsidir ki, 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili statusu təsbit olundu. Dövr baxımından sözün əsl mənasında qəhrəmanlığa bərabər belə bir addım məhz gələcəyin müstəqil yeni Azərbaycanı naminə atılmışdı. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, demək olar ki, bütün böyük klassiklərin ittifaq miqyasında yubileylərinin keçirilməsi, Azərbaycan mədəniyyətinin ümumittifaq miqyasda ön mövqelərə çıxması, elmi, ədəbi, mədəni abidələrin planlı tədqiqi və nəşri - bütün bunlar Heydər Əliyevin gələcək milli dövlətçiliyimizin ideya təməlində dayanan siyasətinin əməli nəticələridir.

Daha sonra çıxış edən natiqlər YAP Şəmkir rayon təşkilatının Nəzarət-Təftiş qrupunun sədri İdris Əbdürrəhmanov, YAP Şəmkir rayon Gənclər Birliyinin sədri Emin İsmayılov,partiya fəalları Tünzalə Hüseynova və Ceyhun Məmmədov qeyd etdilər ki, Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsindən sonrakı dövr milli özünüdərkin, milli özünəqayıdışın başlanğıcı kimi qəbul edilir. Tarixi məhz bu dövrdən etibarən başlanan Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqamətini də məhz xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi təşkil etmişdir. Onun respublikaya rəhbərlik etməyə başladığı ilk günlərdən Azərbaycanın görkəmli şəxsiyyətlərinin yubileylərinin müntəzəm surətdə qeyd olunması bir ənənə halını almış, bu isə Azərbaycan xalqının ümummilli problemləri ilə sıx bağlı olub milli ruhun, milli özünüdərkin yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, müstəqil dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratmışdı.

Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü  -
Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü  -
Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü  -
Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsinin 48-ci ildönümü  -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler