» » Türkiyədən Azərbaycana dəstək: “Ermənistandan intiqam alınmalıdır”

Türkiyədən Azərbaycana dəstək: “Ermənistandan intiqam alınmalıdır”

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Türkiyədən Azərbaycana dəstək: “Ermənistandan intiqam alınmalıdır”
Ermənistanın bu cür təxribat addımları ilk deyil. Təəssüf ki, işğalçı susdurulmayana qədər son da olmayaca və təxribatlar davam edəcək”.

Bu barədə Publika.az-a açıqlamasında Ankara İqtisadiyyat və Texnologiyalar Universitetinin professoru, beynəlxalq məsələlər üzrə ekspert Toğrul İsmayıl erməni hərbi birləşmələrinin Füzulinin Alxanlı kəndinə hücumu nəticəsində dinc sakinlərin həlak olmasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Ermənistan bu cür hücumlarla çox vaxt daxilindəki problemləri həll etməyə çalışır: “Azərbaycanı təxribata çəkərək, gündəmi dəyişmək istəyirlər. Bütün bunlar Ermənistanın təcavüzkar və destruktiv mövqeyindən, həmçinin, sülh danışıqlarına mane olmaq cəhdlərindən irəli gəlir”.

T.İsmayıl hücumun xarici işlər nazirlərinin görüşü öncəsi edilməsinin də təsadüfi olmadığını vurğulayıb.

“Bu, onu göstərir ki, İrəvan rejimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmaması üçün əlindən gələn problemləri yaradır. Bu problemləri diqqət mərkəzində saxlayaraq, Azərbaycanla eyni masa arxasında əyləşib sülh danışıqları aparmağı və ərazilərin qaytarılması məsələsini təxirə salır”, - deyə o bildirib.

Siyasi ekspert baş verənlərin Qarabağda yeni toqquşmalara səbəb ola biləcəyini istisna etmir: “Əslində toqquşma dayanmayıb, baş verən hadisə də toqquşmaların nəticəsidir. Lakin böyük çaplı müharibənin olacağını demək çətindir. Yəni ola da bilər, olmaya da. Bu məsələdə konkret nəsə demək mümkün deyil. Amma Azərbaycanın müharibə qərarını təkbaşına verməsi də çətindir. Çünki bölgədə maraqları olan böyük dövlətlərin, xüsusilə Rusiya və ABŞ-ın mövqeləri nəzərə alınmalıdır. Hazırda heç kim bölgədə müharibənin olmasını arzulamır. Digər tərəfdən, Rusiya Ermənistanla müxtəlif anlaşmalar imzalayaraq, bu ölkəni tək qoymayacağını göstərir. Baş verə biləcək müharibədə Rusiyanın hansı mövqedə olacağı məlumdur. Silahlı toqquşma Rusiyaya sərf etmir, çünki Moskva status-kvonun saxlanılmasını istəyir. Erməni tərəfi bunu yaxşı bildiyi üçün Azərbaycana hücumlar edərək, vəziyyəti gərginləşdirir. Son hücumu da bu kontekstdə qiymətləndirmək olar”, - deyə o bildirib.

Lakin T.İsmayıl qeyd edib ki, Azərbaycan həlak olan vətəndaşlarının qanını yerdə qoymamalıdır: “Azərbaycan qətiyyətlə bildirməlidir ki, öldürülən hər bir vətəndaşının intiqamını alacaq. Bununla yanaşı, məsələni dünya ictimaiyyətinin qarşısında gündəmə gətirərək sərt tələblərlə çıxış etməlidir. Ərazilər işğaldadır, işğalçı ortadadır, lakin münaqişədə heç bir irəliləyiş yoxdur. Bu münaqişə hər zaman Azərbaycanın bir dövlət kimi rahat addımlamasına mane olacaq”.

Türkiyədən Azərbaycana dəstək: “Ermənistandan intiqam alınmalıdır”

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler