» » Nazir İranın vitse-prezidenti ilə görüşdü -

Nazir İranın vitse-prezidenti ilə görüşdü - Fotolar

Bölmə: Siyasət, Mədəniyyət
Nazir İranın vitse-prezidenti ilə görüşdü -
İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İranın vitse-prezidenti, Mədəni İrs Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri Zəhra Əhmədipur ilə görüşüb.

“Xalqinfo”nun məlumatına görə, Nazir diqqətə çatdırıb ki, iki qonşu və dost ölkə arasındakı əlaqələr yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin prezidenti münasibətlərin yüksək səviyyəyə çatdırılması üçün çox işlər görüblər. Bu istiqamətdə Azərbaycan Prezidentinin tapşırığı ilə “ASAN viza” sistemi tətbiq edilməyə başlanıb ki, bu da iranlı turistlərin Azərbaycana səfərlərini asanlaşdırıb.

Nazir İranın müxtəlif şəhərlərindən Bakıya, Gəncəyə, Naxçıvana təyyarə reyslərinin açılmasında maraqlı olduqlarını da nəzərə çatdırıb. Qeyd edib ki, mütəmadi reyslərin açılması həm İranda, həm də Azərbaycanda turizmin inkişafına böyük təkan verəcək.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir bildirib ki, ermənilər işğal etdikləri torpaqlarda Azərbaycanın mədəni irsinə qarşı soyqırımı siyasəti həyata keçirirlər. Erməni vandalları minlərlə tarixi abidələri, məscidləri qəsdən məhv edərək özlərini bu torpaqların sahibi kimi qələmə verməyə çalışırlar.

Turizmin inkişafı dostluğun daha da möhkəmlənməsi üçün ən yaxşı vasitədir deyən Əbülfəs Qarayev İranın vitse-prezidenti Zəhra Əhmədpuru Azərbaycana rəsmi səfərə dəvət edib.

Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin İran tərəfindən dəstəkləndiyini vurğulayan Z.Əhmədpur İranda əl işləri sənayesinin inkişaf etdiyini və ölkəyə gələn turistlərin marağına səbəb olduğunu nəzərə çatdırıb.

Nazir İranın vitse-prezidenti ilə görüşdü -
Nazir İranın vitse-prezidenti ilə görüşdü -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler