» » Azərbaycanda yeni medal təsis olundu

Azərbaycanda yeni medal təsis olundu

Bölmə: Siyasət
Azərbaycanda yeni medal təsis olundu
Azərbaycan Ordusunun 100 illiyi şərəfinə xüsusi medal təsis olunub.

Xalqinfo” xəbər verir ki, bununla bağlı prezidentin təqdimatı ilə “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna əlavələr təklif edilib.

MM-nin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, layihəyə əsasən qanunun 2-ci maddəsinə “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) yubiley medalı” adlı hissə əlavə olunur. Medala silahlı qüvvələrdə xidmətdə olan, eləcə də sonradan ehtiyata buraxılan hərbi qulluqçular müvafiq icra qurumunun təqdimatı ilə layiq görülə biləcəklər.

Layihə səsə qoyularaq qəbul edilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler