» » Trampdan Əliyevə təbrik

Trampdan Əliyevə təbrik

Bölmə: Siyasət
Trampdan Əliyevə təbrik
ABŞ prezidenti Donald Tramp Ramazan bayramı münasibəti ilə Azərbaycan prezidentini təbrik edib.

"Xalqinfo" xəbər verir ki, təbrikdə qeyd olunur:

"Hörmətli cənab Prezident,

Melania və mən Amerika xalqı adından Sizə və Azərbaycan xalqına Ramazan bayramı münasibətilə səmimi təbriklərimizi çatdırırıq. Amerika Birləşmiş Ştatlarındakı müsəlmanlar bütün dünya müsəlmanları kimi müqəddəs Ramazan ayında dürüstlük və xeyirxahlıq əməllərinə önəm verirlər. Burada, Amerika Birləşmiş Ştatlarında müsəlmanlar Ramazan bayramını ailələri və dostları ilə birlikdə qeyd edir, qonşulara yardım etmək və cəmiyyətin bütün təbəqələrindən olan insanlarla duz-çörək kəsmək ənənəsini davam etdirirlər.

Bu bayramı birlikdə qeyd etməyimiz bizə bir daha mərhəmət, şəfqət və xoş niyyətin vacibliyini xatırladır. Bu bayram münasibətilə Amerika Birləşmiş Ştatları həmin dəyərlərə Azərbaycan ilə birgə sadiqliyini bir daha vurğulayır.

Bir daha Sizin və Azərbaycan xalqının mübarək bayramını təbrik edirəm.

Ramazan bayramınız mübarək olsun".


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler