» » Bir dövlətə üç başçı seçilir

Bir dövlətə üç başçı seçilir

Bölmə: Siyasət
Bir dövlətə üç başçı seçilir
Bosniyalılar, serblər və xorvatlar prezidiumun 3 üzvünü seçəcəklər

Bu gün Bosniya və Herseqovinada ümumi seçkilər keçirilir. ANS PRESS-in məlumatına görə, bu ölkə dövlət formalaşdıran 3 millətin - bosniya müsəlmanlarının, serblərin və xorvatların maraqlarını nəzərə alan mürəkkəb idarəetmə sisteminə malikdir. Ölkə iki hissədən - Bosniya və Herseqovina Federasiyasından və Serb Respublikasından ibarətdir.

Bu gün ölkənin səsvermə hüququna malik bütün vətəndaşları onu idarə edən prezidiumun 3 üzvünü seçəcəklər. Prezidiumun üzvlərindən biri bosniya müsəlmanı, biri serb, biri isə xorvat olmalıdır.

Bundan başqa, Bosniya və Herseqovina Federasiyası və Serb Respublikasının hər birinin Parlament Assambleyasının Nümayəndələr Palatasına da seçkilər keçirilir. Seçkilərdə 50 siyasi partiyanın, 24 koalisiyanın və 24 müstəqil namizədin mübarizə apardığı bildirilir.

Ölkə üzrə 5400-dən çox seçki məntəqəsində 3,27 milyon seçici səs verə biləcək.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler