» » Ermənistan-Rusiya qoşun qruplaşması: Putini general Pankov təmsil edəcək

Ermənistan-Rusiya qoşun qruplaşması: Putini general Pankov təmsil edəcək

Bölmə: Siyasət, DÜNƏNDƏN-BUGÜNƏ, BLOK XƏBƏR, MANŞET
Ermənistan-Rusiya qoşun qruplaşması: Putini general Pankov təmsil edəcək
Bu gün Rusiya prezidenti Vadimir Putin müdafiə nazirinin müavini, general Nikolay Pankovun Ermənistan-Rusiya birgə qoşun qruplaşamsının yaradılmasına dair sazişin Dövlət Dumasında və Federasiya Şurasında ratifikasiyası zamanı prezidentin xüsusi nümayəndəsi qismində təmsil olunmasına dair sərəncam imzalayıb.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, sərəncam Kremlin rəsmi saytında yerləşdirilib.

“Müdafiə Nazirliyinin stats-katibi, müdafiə nazirinin müavini Nikolay Pankov Federal Məclisin palatalarında Rusiya ilə Ermənistan arasında birgə qoşun qruplaşmasının yaradılmasına dair sazişin baxılması zamanı Rusiya Federasiyası prezidentinin xüsusi nümayəndəsi təyin edilsin”-Putinin sərəncamında deyilir.

Ermənistan-Rusiya qoşun qruplaşması: Putini general Pankov təmsil edəcək

Ermənistan-Rusiya qoşun qruplaşmasının yaradılmasına dair saziş ötən ilin noyabrında imzalanıb. Ermənistan artıq sazişi ratifikasiya edib. Birgə qoşun qruplaşması Rusiyanın Ermənistandakı 102-ci bazasının hərbi birləşmələrindən və Ermənistan ordusunun Naxçıvan istiqamətinə cavabdeh olan 4-cü korpusundan təşkil olunur. Sazişə əsasən birgə qoşun qruplaşmasının komandanı Ermənistan silahlı qüvvələrinin ali baş komandanı tərəfindən Rusiya silahlı qüvvələrinin ali baş komandanı ilə razılaşdırılmaqla təyin olunur.

Ötən ay mayın əvvəllərində birgə qoşun qruplaşmasının komandanı, general Andranik Makaryan bildirmişdi ki, saziş ona həmin qoşun qruplaşmasını Qarabağda belə tətbiq etməyə imkan verir: “Əgər Ermənistan-Rusiya qoşun qruplaşmasını Qarabağa yeritsəm Putin mənə “dayan” əmri verə bilməz”-Makaryan iddialı şəkildə bildirib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler