» » Azərbaycanlı deputatlar AŞPA-nın yay sessiyasında...

Azərbaycanlı deputatlar AŞPA-nın yay sessiyasında...

Bölmə: Siyasət
Azərbaycanlı deputatlar AŞPA-nın yay sessiyasında...
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 25-dən iyulun 2-dək Strasburqda səfərdə olacaqlar.

Milli Məclisdən Xalqinfo.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sabir Hacıyev, Qənirə Paşayeva və Müslüm Məmmədov daxildirlər.

Sessiya dövründə Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək, Parlament Assambleyasının təməl prinsiplərinin gücləndirilməsi, parlamentlərin korrupsiyaya qarşı mübarizədə rolu, idarəetmə sistemində korrupsiya, Belorusda vəziyyət, Avropada miqrasiya və qaçqın böhranına qarşı siyasi və humanitar reaksiyalar, Avropanın inkişafı üçün miqrasiyanın yaratdığı imkanlar, Avropada sosial hüquqların gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaq.

Sessiyada Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler