» » Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir

Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir

Bölmə: Siyasət, BLOK XƏBƏR, MANŞET
Nazirlik rəsmisi də jurnalistlərin binasından ev istəyir
Son günlər mediada jurnalistlər üçün tikilən binaya göz dikənlərlə bağlı silsilə yazılar yayımlanır. Bir sıra dövlət qulluqçuları, vəzifəsi olan şəxslərin müftə mənzil istəyi tənqid olunur.

Xalqinfo” Komanda.az-a istinadən xəbər verir ki, onların sırasına Azərbaycan Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova da qoşulub.

Məmmədova mənzil şəraitinin yaxşılaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna müraciət edib. Tələb olunan sənədləri artıq KİVDF-yə təqdim edən nazirlik sözçüsü Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilən ikinci binada mənzil alacağına ümidlidi.

Məsələ ilə bağlı Səmayə Məmmədovanın reaksiyası sərt olub:

“Sizə nə? Nazirliklə bağlı suallarınız varsa, buyurun. Məni işdən kənar suallarla narahat etməyin”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler