» » Moldova prezidenti Heydər Əliyevin məzarını ziyarət edib -

Moldova prezidenti Heydər Əliyevin məzarını ziyarət edib - FOTO

Bölmə: Siyasət
Moldova prezidenti Heydər Əliyevin məzarını ziyarət edib -
Azərbaycanda rəsmi səfərdə olan Moldova prezidenti İqor Dodon iyunun 22-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib.

Xalqinfo.az məlumatına görə, Moldova lideri Heydər Əliyevin məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad edib.

İ. Dodon akademik Zərifə Əliyevanın məzarı üstünə tər çiçəklər düzüb.

Moldova prezidenti Şəhidlər Xiyabanını da ziyarət edib.

İ. Dodon Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəmanların xatirəsini yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Azərbaycan paytaxtını seyr edən Moldova prezidentinə Şəhidlər xiyabanının tarixi və Bakıda görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler